İranın Ali Milli Tәhlükәsizlik Şurası general Qasim Süleymaninin ölümü ilә әlaqәdar bәyanat verib.

Unikal.org xəbər verir ki, bәyanatda bildirilir ki, ABŞ bu hәrәkәtinin yanlış nәticәlәrindәn xilas ola bilmәyәcәk. 

Bәyanatda qeyd olunur ki, general Süleymaninin ölümü İran xalqı üçün böyük itki olsa da, onun yerini başqaları tutacaqdır.

Bәyanatda әlavә olunur ki, İranın Ali Milli Tәhlükәsizlik Şurası Qasim Süleymaninin ölümü ilә әlaqәdar mәsәlәlәri araşdırıb vә lazımi qәrarları verib.