ABŞ dövlət katibi Mayk Pompeo ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Qeyd edilir ki, ABŞ və Rusiya rəsmiləri İran generalı Qasım Süleymaninin öldürülməsini müzakirə ediblər.
"Dövlət katibi Pompeo prezidentin (ABŞ prezidenti Donald Tramp) xaricdəki amerikalıların müdafiəsi üçün qətiyyətli müdafiə hərəkətləri təşəbbüsü ilə amerikalıların həyatının qaçılmaz təhdidinə cavab olaraq Qasım Süleymaninin öldürülməsi ilə bağlı bu yaxınlardakı qərarını müzakirə edib. Dövlət katibi aydın şəkildə bildirib ki, Birləşmiş Ştatlar əvvəlki kimi deeskalasiyaya sadiqdir", - deyə Dövlət Departamentinin mətbuat xidmətinin xəbərində bildirilir.