Bu gün səhər İran prezidenti Həsən Ruhani general Qasım Süleymaninin ailəsinə baş çəkib.
Unikal.org xəbər verir ki, H.Ruhani generalın ailəsinə başsağlığı verib və onun qisasının alınacağını bəyan edib.
Xatırladaq ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.