Türkiyə, ABŞ hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymanin öldürülməsindən sonra intiqam andı anonsu verən İran ilə ilk təmasını reallaşdırdı.
Unikal.org xəbər verir ki, Türkiyə Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu İranlı həmkarı Məhəmməd Cavad Zərifə zəng edib. Tərəflər bölgədəki son vəziyəti müzakirə ediblər.