Türkmənistanda 2020-ci ilin gəlişi münasibətilə ölkənin aparıcı mədəniyyət-incəsənət xadimlərinin, hökumət üzvlərinin və digərlərinin iştirakı ilə böyük Yeni il konsert-ziyafəti təşkil edilib.
Unikal.org xəbər verir ki, Aşqabadın mərkəzi salonlarından birində təşkil edilən təntənəli tədbirdə prezident Qurbanqulu Berdıməhəmmədov bir saat ərzində bayram konsertinə aparıcılıq edib. Prezident növbə ilə öz treklərini səsləndirib, eyni zamanda zaldakılara dicey qurğusunun necə işlədiyini izah edib.
Müğənnilər Berdıməhəmmədovla onun müəllifi olduğu mahnıları duet oxuyublar.