Ermənistanda kütləvi dava olub.
Unikal.org erməni KİV-nə istinadən xəbər verir ki, hadisə Armavir vilayətində qeydə alınıb.
Zartonk kəndində baş verən qarşıdurmada bir neçə nəfər xəsarət alıb. Ölkə polisinin mətbuat xidməti bildirib ki, hadisəyə avtomobillərdən birinin sürücüsünün sürət həddini aşması səbəb olub. Nəticədə bir neçə nəfər arasında kütləvi dava başlayıb. Onlardan 5-i müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb. Qeyd edilir ki, yaralılardan biri bıçaq xəsarəti alıb.
Polis davada iştirak edən 13 nəfəri saxlayıb.