ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər amerikalılara hücum edilsə, Birləşmiş Ştatlar İranın 52 obyektinə zərbələr endirməyə hazırdır.
Unikal.org xəbər verir ki, ABŞ prezidenti bununla bağlı özünün "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Ağ Ev rəhbəri bildirib ki, əgər İran ABŞ və amerikalılara hücum etsə, Vaşinqton buna çox sürətli və güclü cavab verəcək.
"Qoy bu xəbərdarlıq olsun, əgər İran amerikalılara və ya Amerikanın əmlakına zərbə vursa, biz İranın (çox il əvvəl Amerikanın İran tərəfindən tutulmuş 52 girovuna uyğun olaraq) 52 obyektini hədəfə almışıq, bəzi yüksək səviyyəli və İran üçün əhəmiyyətli olan bu hədəflər İranın özü kimi sürətli və güclü zərbəyə məruz qalacaqlar. ABŞ daha hər hansı təhlükələr istəmir", - Tramp “Twitter”də yazıb.