ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident Donald Trampın göstərişi ilə general Qasım Süleymaninin öldürülməsini "təxribat və qeyir-mütanasib" kimi qiymətləndirib.
Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, spiker bildirib ki, Tramp Administrasiyasının təxribatçı və qeyri-mütənasib hərbi əməliyyatları hərbçilərə, diplomatlara və ABŞ vətəndaşlarına, eləcə də müttəfiqlərimizə təhlükə yaratmağa davam edir.
O, əməliyyatın İrana qarşı hərbi güc tətbiq etmək icazəsi olmadan, Konqreslə məsləhətləşmədən və həm Konqres, həm də ictimaiyyət üçün açıq və hüquqi strategiya hazırlanmadan edildiyini qeyd edib.
Nensi Pelosi əlavə edib ki, üstəlik, Konqresə göndərilən müvafiq bildiriş cavabdan daha çox sual doğurur: “Bu sənəd administrasiyanın İrana qarşı hərbi əməliyyatlara başlamaq qərarının vaxtı, proseduru və əsaslandırılması ilə bağlı ciddi və təxirəsalınmaz suallar doğurur: “Nümayəndələr Palatasının spikeri olaraq yenidən rəhbərliyə müraciət edirəm ki, hərbi müdaxilə məsələsi - İran və nəzərdən keçirilən növbəti addımlarla bağlı bütün konqres üçün ətraflı brifinq keçirsin. Administrasiya Konqreslə birlikdə zorakılığın qarşısını alacaq həqiqi bir strategiyanı təşviq etmək üçün çalışmalıdır”.