İranın Əhvaz şəhərində ABŞ hərbi qüvvələrinin öldürdüyü İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymani ilə vida mərasimi başlayıb.

Unikal.org xəbər verir ki, vida mərasimində maraqlı anlar yaşanıb. Mərhum İran generalı Q.Süleymaninin cənazəsinin Amerika istehsalı olan Chevrolet Silverado avtomobilində aparılılması ciddi müzakirələrə səbəb olub.

Qeyd edək ki, Chevrolet, 1911-ci ildə yaradılan bir ABŞ avtomobil markasıdır. Adını qurucusu Louis Chevroletin soy adından götürüb.