ABŞ prezidenti Donald Tramp Pentaqon hərbçilərinin İraqdan çıxmaq üçün şərtini açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Tramp "İraq parlamenti xarici ölkələrin hərbi qüvvələrinin ölkədən çıxarılması barədə qərarını" şərh edərkən bildirib ki, ABŞ hərbçiləri bir şərtlə rəsmi Bağdadı tərk edəcəyini bəyan edib:
"Əgər İraq hökuməti ABŞ-ın bu ölkədəki hərbi bazasına xərclədiyi vəsaiti qaytaracağı təqdirdə hərbçilərini çıxaracaq. Orada çox bahalı hərbi baza qurulub. Bu milyardlarla dollara başa gəlib. Məndən çox əvvəl bu iş görülüb. Xərclərimizi ödəməyəcəklərsə biz oradan ayrılmayacağıq".
İraqı sanksiyalarla təhdid edən Tramp bəyan edib ki, ölkədən çıxmamızı istəsələr və bunu dostca etməsələr onlara daha əvvəl heç görmədikləri ağır sanksiyalar tətbiq edərik: "İran sanksiyaları bunların yanında yüngül olar".
Qeyd edək ki, Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürüldükdən sonra dünən İraq parlamenti xarici ölkələrin hərbi qüvvələrinin ölkədən çıxarılması barədə qərar qəbul edib.