Keniyada “Əş-Şabab” qruplaşması yaraqlılarının hərbi bazaya hücumu nəticəsində 3 ABŞ hərbçisi ölüb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, daha 2 hərbçi yaralanıb. 

Hücum Keniya Silahlı Qüvvələrinin Menda Bey hava limanının yaxınlığındakı “Camp Simba” hərbi bazasına (ABŞ hərbçiləri tərəfindən də istifadə olunur) edilib.