Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, tərəflər bölgədəki vəziyyəti, Suriya və Liviyadakı son durumu müzakirə ediblər.
Bundan əlavə, telefon danışığı zamanı liderlər Türkiyə və Almaniya arasında əlaqələrə dair fikir mübadiləsi aparıblar.