Avstriya İraqdakı səfirliyini bağlayıb.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyi yayıb.
Səfirliyin bağlanmasına səbəb son günlərdə Yaxın Şərqdə yaranmış gərginlik səbəb olub.
Təhlükəsizlik səbəbiylə atılan addımdan sonra konsulluq məsələlərini müvəqqəti olaraq ölkənin Əmmandakı səfirliyi icra edəcək.
Bundan başqa, XİN Avstriya vətəndaşlarını bu bölgəyə səfərlərdən çəkinməyə çağırıb.