Narkotik kartellərə qarşı müharibənin başladığı 2006-cı ildən 2019-cu ilə qədər Meksikada 60 mindən çox insan itkin düşmüşdür.
Unikal.org xəbər verir ki, bu barədə Meksika Daxili İşlər Nazirliyinin rəhbər müavini Alexandro Ensinas bildirib.
Hakimiyyət orqanlarının hesabatında göstərilən rəqəm 1964-cü ildən 2019-cu ilə qədər Meksikada itkin düşənlərin ümumi sayının demək olar ki, 97,5 faizini təşkil edir
Bundan əlavə, təxminən 8 min nəfərin itkin düşmə tarixi bilinmir.