ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində general Qasım Süleymaninin öldürüləndən sonra iki ölkə arasında müharibə mümkün həddə çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, beynəlxalq hərbi ekspertlər hesab edir ki, mümkün ABŞ-İran müharibəsində Vaşinqton bölgədəki bazalarına güvənir.
Demək olar ki, öz bazaları ilə İranın mühasirəsə alan ABŞ 11 ölkədə hərbi bazası mövcuddur. Yaxın Şərqdəki ərəb ölkələrində demək olar ki, ABŞ-ın hamısının hərbi bazası var. Bu ölkələr də İranın qərb sərhəddində yerləşir. İraq, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman ABŞ-ın hərbi bazaları var.
11 sentyabr bəhanəsi ilə Əfqanıstana hücum edən ABŞ, şərqdən də İranı mühasirəyə alıb. Əfqanıstandan başqa Pakistanın da ABŞ bazaları var.
İranın şimalında da ABŞ-ın hərbi bazası da var. Qırğızıstan və Tacikistan ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrdir.
İranın canını sıxan qərbindəki hərbi bazalardan bəziləri da Türkiyə torpaqlarında yerləşir.