Meksikada dəhşətli qətl hadisəsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, işıqforun qırmızı işığında dayanaraq avtomobilindən düşən şəxs qarşıdaki avtomobilin sürücüsünü öldürüb. "Pikap" tipli avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. 15 güllə ilə onu qətlə yetirən 19 yaşlı Xose Karlos Molinanın axtarışları davam edir. 

O, dəhşətli əməlini həyata keçirmədən əvvəl dostundan hadisə anını telefonla lentə almasını istəyib.