Avstriya tarixində ilk dəfə Müdafiə Nazirliyinə qadın rəhbərlik edəcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 7-də Avstriyanın yeni hökuməti andiçmə mərasimindən sonra ictimaiyyətə təqdim olunub.
Avstriya Xalq Partiyasının təmsilçisi Klaudia Tanner ölkənin Müdafiə naziri postuna təyinat alıb. O, Müdafiə Nazirliyinə rəhbərlik edən ilk qadın kimi Avstriya tarixinə düşüb.
Qeyd edək ki, yeni hökumət nazirlər və dövlət katibləri daxil olmaqla, 17 nəfərdən ibarətdir.