İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, ABŞ-ın İraqdakı aviabazasına raket zərbəsi endirib.

Unikal.org xəbər verir ki, bu barədə PRESS TV məlumat yayıb.

Qeyd edək ki, ABŞ-ın İraqdakı hərbi hava bazası raket zərbələrinə məruz qalıb. Məlumata görə, bazanın ərazisinə 9 raket atılıb. ABŞ xəbəri təsdiqləyib. Ölən və ya yaralananların olub-olmaması, habelə dağıntılar barədə məlumat verilmir.