İsrailin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Sistemi yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Unikal.org xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı bildirib.

Bildirilir ki, buna səbəb ABŞ-ın İraqdakı bazasının raket zərbələrinə məruz qalmasıdır. 

Qeyd edək ki, İran İraqın qərbində və şimalında ABŞ bazalarına raketlərlə zərbələr endirib.