İmam Xomeyni adına Tehran Beynəlxalq Hava Limanı Ukrayna təyyarəsinin qəzaya uğramasının səbəbini açıqlayıb.

Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, hava limanının rəsmi nümayəndəsi qəzaya sərnişin laynerinin mühərrikinin alovlanmasının səbəb olduğunu deyib. 

Tehranda qəzaya uğrayan Ukrayna laynerinin göyərtəsində 167 sərnişin və 9 ekipaj üzvü olub, onların hamısı ölüb.