Tehranda Ukrayna təyyarəsinin qəzaya uğraması zamanı ölənlərin ilkin siyahısı açıqlanıb. Siyahıda 180 nəfər var.
Unikal.org xəbər verir ki, bu barədə "News Front" portalı məlumat yayıb.
Ölənlərin əksəriyyəti Kanada vətəndaşı olub:
Ukrayna vətəndaşları - 15 nəfər (2 sərnişin və 13 ekipaj üzvü)
İran vətəndaşları - 71;
Kanada vətəndaşları -73;
Almaniya vətəndaşları - 4;
Böyük Britaniya vətəndaşları - 3;
İsveç vətəndaşları - 8;
Əfqanıstan vətəndaşları - 6.