Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski və İran Prezidenti Həsən Ruhaniyə Tehran yaxınlığında Ukrayna sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Unikal.org-un xəbərinə görə, bu barədə Kremlin saytı məlumat yayıb.

V. Putin həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Xatırladaq ki, göyərtəsində 170-dən çox sərnişin olan “Boeing 737” tipli təyyarə bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb. Təyyarə qəzasında 82 nəfər İran vətəndaşı, 63 nəfər Kanada vətəndaşı, 11 nəfər Ukrayna vətəndaşı (2 sərnişin və 9 ekipaj üzvü), 10 nəfər İsveç vətəndaşı, 4 nəfər Əfqanıstan vətəndaşı, 3 nəfər Almaniya vətəndaşı və 3 nəfər Böyük Britaniya vətəndaşı həyatını itirib.