Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş keçirir.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, liderlər görüşə tərcüməçilərin iştirakı ilə təkbətək formatda başlayıblar.

Görüş mətbuata qapalı şəkildə keçirilir.

Daha əvvəl Kremlin Mətbuat xidməti danışıqlar zamanı Rusiya-Türkiyə əməkdaşlığının daha da inkişaf etdirilməsi və aktual beynəlxalq məsələlərin, o cümlədən Suriya və Liviyadakı vəziyyətin müzakirə olunacağını bildirmişdi.