"İran ABŞ-ın hərbi bazasını vuracağı ilə bağlı bizə əvvəlcədən məlumat verib".
Unikal.org xəbər verir ki, bu barədə İraqın baş naziri Adil Abdulmehdi bəyan edib. Nazir İran İraqdakı Amerika qoşunlarının hədəf alınacağını desə də, lakin Tehranın hansı nöqtələrə hücum edəcəyi barədə bizə məlumat vermədiyini söylədi.
Abdulmehdi, İranın hücum haqqında eşidən kimi Silahlı Qüvvələrinə xəbərdarlıq etdiyini bildirib. O, hadisə nəticəsində İraq və ya koalisiya qüvvələri tərəfindən yaralanan əsgərlərin olmadığını söyləyib: "Xəbərdarlıqdan 30 dəqiqə sonra İran 22 raket atıdı".
Qeyd edək ki, İran bu gecə ABŞ-ın İraqda yerləşən “Əl-Əsəd” hərbi bazasını raketlə vurub.