Qasım Süleymaninin öldürülməsi və İranın ABŞ-ın bazalarını bombalamasına İsrail baş naziri Binyamin Netanyahu da münasibət bildirib.
Unikal.org xəbər verir ki, Netanyahu Amerikanın yanında olduqlarını və hücum olunsa çox sərt şəkildə cavab verəcəklərini bildirib:
"Trump, Süleymani ilə bağlı operativ, cəsarətli və qərarlı bir şəkildə hərəkət etdiyi üçün təbrik edilməlidir. İsrail tamamilə ABŞ-ın yanındadır.
Hər kim İsrailə hücum etməyə çalışsa, çox sərt şəkildə vurulacaq".