Rusiya qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan "Türk axını" boru kəməri istismara verilib.

Unikal.org-un məlumatına görə, açılış mərasimi İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putinlə yanaşı bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə baş tutub.

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da "Türk axını"nın açılış mərasimində iştirak etmək məqsədilə Türkiyədə səfərdədir.