“Rusiya və Türkiyə münasibətləri bəzi beynəlxalq oyunçuların səylərinə baxmayaraq, bütün sferalarda inkişaf edir”.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Putin “Türk axını” qaz xəttinin İstanbuldakı açılış mərasimində deyib.

O, “Türk axını” və “Akkaya” AES-nı ikitərəfli əməkdaşlığın uğurlu nümunəsi adlandırıb. Putin Yaxın Şərqdəki hadisələr fonunda Moskva ilə Ankara arasında münasibətləri nümunəvi sayır.