ABŞ-ın Viskonsin ştatında dəhşətli hadisə yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, avtomobilinə qartopu atan uşaqlara əsəbiləşən sürücü onlara silahla atəş açıb. Açılan atəş nəticəsində 2 uşaq yaralanıb. Onlardan biri 12 yaşlı qız, digəri isə 13 yaşlı oğlan uşağı olub. Yaralanan azyaşlılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.