Türkiyədə 15 il öncə törədilmiş cinayətin üstü açılıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 15 ildir axtarılan Necati Keleşin öldürülüb basdırıldığı ortaya çıxıb. Məlum olub ki, 46 yaşlı kişinin ondan boşanmaq üçün məhkəməyə müraciət edən həyat yoldaşı Sebahet Billici çayına yuxu dərmanı qarışdırıb. Qohumları isə Necati Keleşi boğaraq öldürüblər. Hadisədən bir gün sonra onu basdırdıqları yerə gedən qohumları cəsədin üzərini heyvanların açmaması üçün ətrafa çox sayda daş qoyublar.
Basdırıldığı yerdən sümükləri çıxarılan adamın üzüyündə "Sebahet" yazıldığı görülüb.