İranda qəzaya uğrayan Ukrayna təyyarəsinin raketlə vurulduğu müəyyənləşib.

Unikal.org  xəbər verir ki,  bu barədə yayılan məlumata görə, ABŞ kəşfiyyatı hadisədən qısa müddət öncə 2 raketin buraxıldığını qeydə alıb. Raketlər "Tor" zenit-raket kompleksindən buraxılıb. İraq kəşfiyyatındakı mənbə də bunu təsdiqləyib.

Güman olunur ki, İran HHM qüvvələri bu təyyarəni ABŞ hərbi təyyarəsi zənn ediblər.

Lakin İran bu xəbərlərə dair təkziblə çıxış edib.

Xatırladaq ki, hadisədə 176 nəfər, o cümlədən 82 iranlı ölüb.