İstanbulda Başak şəhər ərazisində yerləşən özəl məktəblərin birinin alt mərtəbəsindəki dükanda yanğın olub. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, məktəbdəki şagirdlər tədbir məqsədi ilə məktəbdən çıxarılıb. Daha sonra əraziyə yanğınsöndürənlər sövq edilib. 

Hadisəni öyrənən valideynlər uşaqlarını götürmək üçün təcili olaraq məktəbə gəliblər. 

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb. Yanğının səbəbi araşdırılır.