Pakistanın Kvetta şəhərindəki məsciddə baş verən partlayış nəticəsində 11 nəfər ölüb, 12 nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, partlayış axşam saatlarında Qusabad rayonunda olub.

Polis partlayışın səbəbini araşdırır. Hüquq-mühafizə orqanları ərazini mühasirəyə alıb və hadisə ilə əlaqədar istintaq başlayıb.