İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehran yaxınlığında vurulan Ukraynaya məxsus sərnişin təyyarəsinin məsuliyyətini üzərinə götürüb.

Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın hava-kosmos qüvvələri komandanı, briqada generalı Əmir Əli Hacızadə sözügedən hadisənin səbəblərinə dair mətbuat konfransından sonra bildirib.

Bundan əvvəl İran hökuməti təyyarənin bilmədən vurulduğunu bildirmişdi.