Ötən həftə xəstəxanaya yerləşdirilən məşhur türkiyəli aktyor-aparıcı Mehmet Ali Erbilin vəziyyəti ağırlaşıb.
Unikal.org xəbər verir ki, tanınmış simanın dörd gündür reanimasiyada olduğu ortaya çıxıb. Mehmet Alinin qızı Sezin Erbil də məlumatı təsdiqləyib. O, "Atam indi xəstəxanadadır, halı yaxşı deyil. Vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur",- deyə bildirib.
Xatırladaq ki, Erbil bel sümüyü sındığına görə 234 gün xəstəxanada yatmışdı.