Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, Rixter cədvəli ilə 4.7 bal gücündəki zəlzələnin episentrinin Silivri bölgəsidir.
Yeraltı təkanlar İstanbulun mərkəzi hissəsində və ətraf bölgələrdə hiss edilib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin yerli vaxtla 16.37-də qeydə alındığını açıqlayıb.
Dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur.