Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyalarında iştirak edənlər arasında tutulanların sayı 19 nəfərə çatıb.

Unikal.org-un məlumatına görə, daha əvvəl saxlanılanların sayının 7 olduğu bildirilirdi.

14:00-da başlayan nümayiş, üzlərini maskalar altında gizlətmiş qara paltarlı bir qrup gəncin aksiyaya qoşulduğuna qədər dinc keçib. Maskalılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, şüşə atmağa başlayıb. Hüquq-mühafizə orqanları öz növbəsində gözyaşardıcı qazdan istifadə ediblər.