ABŞ-da 93 yaşlı kişi kommunal xidmət əməkdaşını güllələyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Las-Veqas şəhərində baş verib. Təqaüdçü Robert Tomasın evində su boruları partlayıb və mənzil su altında qalıb. Bu hadisə ahıl kişini özündən çıxarıb. O, evinin təmir olunmasını tələb etdiyi meneceri iki dəfə atəş açaraq güllələyib.
Zərərçəkənə lazımi tibbi yardım göstərilib. 93 yaşlı kişi isə 25 min dollar (42 min manat) müqabilində şərti azadlığa buraxılıb.