İraqda yenidən Konstitusiyaya dəyişiklik və hökumətin istefası tələbi ilə aksiya keçirilib.
Unikal.org-un “As-Sumariya” telekanalına istinadən verdiyi məlumata görə, Vasit əyalətində Vasit Universiteti yaxınlığında tələbələrlə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar zamanı 48-i polis olmaqla, 60 nəfər xəsarət alıb.
Xatırladaq ki, İraqda hökumət əleyhinə aksiyalar keçən ilin oktyabr ayından başlayıb. Aksiya iştirakçıları yolları, Dəcdə çayı uzərindən keçən körpünü bağlayır, tətil elan edir.