Şəxsi Məlumatların qorunması qanununa uyğun olaraq otellər gələn qonağın şəxsiyyət vəsiqəsinin kopyasını tələb edə bilməyəcək.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Antaliyada bir çox 5 ulduzlu otellərdə kimlik tələb edirlər. Bunun da məqsədi təhlükəsizlik üçündür. Şübhəli halla qarşılaşarlarsa dövlətin güc orqanlarına məlumat verirlər.
Ancaq qanuna əsasən heç bir halda soruşmadan və icazə almadan müştərinin şəxsiyyət vəsiqəsini kopyalaya bilməzlər.
Bundan əlavə həmin qanuna əsasən hər hansı bir obyektdə kassada duran şəxslərin müştəridən mobil telefon nömrəsi, idman salonlarının barmaq izi , işə qəbul edənlərin isə din və irq kimi məlumatları istəmək səlahiyyəti yoxdur.
İnsanlar özləri istəsələr bu məlumatları paylaşa bilərlər.
Qeyd edək ki, Müəssisə, üçüncü tərəflər tərəfindən paylaşılan bu məlumatları əldə etmək üçün məsuliyyət daşıyır və etibarlı şəkildə saxlamalıdır.
Gülayə Mecid