Antalyada 19 yaşlı Asilhan Çiko adlı gənc bacısı 20 yaşlı Kader Kübra Çikoya 13 bıçaq zərbəsi endirdikdən sonra, boğazını kəsərək öldürüb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisədən sonra biləklərini kəsərək intihara cəhd etsə də istəyinə nail ola bilməyib. Qətli törədən qardaş barəsində ağırlaşdırılmış ömürlük həbs tələb olunub.
Bildirilir ki, Mustafa Çiko həyat yoldaşından boşandıqdan sonra himayəsinə aldığı qızı Kader Kübra və oğlu Asilhan ilə yaşamağa başlayıb.
Təxminən 2 il əvvəl psixoloji problemlər yaşamağa başlayan qızı Kader Kübra Çikonu Manisa Ruh və Sinir Xəstəlikləri Xəstəxanasına yerləşdirib. Gənc qız müalicə aldıqdan sonra atası ilə qardaşının yanına qayıdıb. Sonradan o yaşadıqları evi tərk edib və İstanbula yerləşib.
Daha sonra evə qayıtmaq istəyən Kübranı atası qəbul etməyib. Rəsmi nikahı olmadan hamilə qalan gənc qadın ailəsindən bir müddət uzaq yaşamalı olub. Yenidən ata evinə qayıdan gənc qadın qardaşı ilə mübahisə edib. Elə hadisə də bundan sonra baş verib.