İranda A (H1N1) tipli qrip virusundan ölənlərin sayı 114 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, son həftələr ölkədə B tipli qrip virusuna yoluxanların da sayı artmaqdadır.
Kohgiluyə və Boyer-Əhməd, Gülüstan, Mazandaran, Kerman və Xuzistan əyalətlərində bu virusa yoluxanların sayı digər əyalətlərə nisbətən daha çoxdur.
Xəstəxanalarda A və B tipli viruslara yoluxan insanlar üçün xüsusi palatalar ayrılıb.