Rusiya prezidenti Vladimir Putin Federal Məclisdə Dövlət Dumasına ölkənin baş nazirinin namizədliyini təsdiqləmək hüququnun verilməsini təklif edib.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya lideri eyni zamanda parlamentin hökumət başçısının təklifi ilə bütün baş nazir müavinlərini və federal nazirləri təsdiqləməsini də təklif edib.

Hazırda hökumətin tərkibini təsdiqləyən Putinin fikrincə, parlament tərəfindən təsdiq edilmiş namizədləri təsdiqləməli olacaq.

Bununla yanaşı, Putin vurğulayıb ki, prezidentin etimadını itirərsə və ya vəzifələrini lazımınca yerinə yetirməzsə baş nazir, müavinləri və digər nazirləri vəzifəsindən kənarlaşdırmaq hüququ olmalıdır.