12 ildir İngiltərədə yaşayan Reynhard Sinaqa ömürlük həbs cəzasına məhkum edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziya əsilli şəxs 136 kişini evinə dəvət edərək onlara yatmaları üçün dərman verib. O, evinə dəvət etdiyi kişilərin hamısına təcavüz edib. Bundan başqa Reynhard Sinaqa ümumilikdə 159 təcavüz hadisəsində günahkar olduğu müəyyən olunub.
Homoseksuallığın qadağan olunduğu İndoneziyada bu məsələ çox sərt qarşılanıb.