Rusiya Prezidenti Vladimir Putin Federal Vergilər Xidmətinin rəhbəri Mixail Mişustinə Baş Nazir vəzifəsini təklif edib.

Unikal.org xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Prezident Vladimir Putin Mixail Mişustin ilə işgüzar görüş keçirib və ona hökumətin sədri vəzifəsini tutmağı təklif edib. Mişustinin razılığı ilə onun namizədliyi Dövlət Dumasına təqdim olunub.