"Carlsberg Azerbaijan" şirkəti istehsal etdiyi pivənin qiymətini 15 faizə qədər bahalaşdırıb.
Unikal.org-un məlumatına görə, Azərbaycanda "Xırdalan" brendi altında satılan pivənin qiymətində 10-15 faiz bahalaşma qeydə alınıb.
0.5 litrlik «Xırdalan» pivəsi - əvvəl 1.60 qəpik - hazırda 1.70 qəpik,
2 litrlik «Xırdalan» pivəsi - əvvəl 4.80 qəpik - hazırda 5.40 qəpik,
0.5 litrlik «Kuller» pivəsi - əvvəl 1.80 qəpik - hazırda 2 manat,
2 litrlik «Xirdalan» pivəsi - əvvəl 5.80 qəpik - hazırda 6.80 qəpik,
"0.5 litrlik «Baltika 9» pivəsi - əvvəl 2 manat - hazırda 2.20 qəpikdir.
Qeyd edək ki, şirkət digər markalarda pivə içkilərinin bir qisminin qiymətlərində də 7 faizdən çox artım edib.
Amid Əyyuboğlu