ABŞ prezidenti Donald Tramp yaxın zamanda Çinə səfər etməyi planlaşdırır.
Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu D.Tramp Ağ Evdə çıxışı zamanı deyib.
ABŞ prezidenti bildirib: "Mən yaxın gələcəkdə Çinə səfər edəcəyəm".
ABŞ və Çin arasında ticarət sazişi üzrə birinci sənədlər paketinin imzalanması barədə danışan D.Tramp qeyd edib ki, bu, keçmişin çatışmazlıqlarını aradan qaldıracaq və iqtisadi ədalətə və amerikalı fəhlələr, fermerlər və ailələr üçün təhlükəsizliyə gələcək verəcək.