Uqandanın Kayunga şəhərinin “Məscid Noor” məscidinin imamlarından olan Muhammed Mutuba 2 həftə əvvəl qadın bildiyi bir şəxslə ailə həyatı qurub.
Unikal.org xəbər verir ki, 2 həftə əvvəl “qadın” olaraq evləndiyi adamın “kişi” olduğu ortaya çıxanda imam həyatının şokunu yaşayıb.
Məsələ ilə bağlı açıqlama verən imam:
"Səsi incə idi, qadın kimi idi. 2 həftə əvvəl evləndik, cinsi əlaqədə ola bilmədik. Həmişə mənə menstruasiya olduğunu söyləyirdi” deyə bildirib.
Qeyd edək ki, hadisədən sonra imam məsciddə tutduğu vəzifəsindən uzaqlaşdırılıb.
Gülayə Mecid