İraqda telekanalların birində xəbər proqramı aparıcısı olan qadına ağır itki üz verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qadın aparıcı İraq ordusunda xidmət göstərən qardaşının öldüyünü efirə çıxmazdan bir neçə dəqiqə öncə öyrənib. O, buna baxmayaraq ölkədə baş verən xəbərləri tamaşaçılara çatdırıb. Aparıcı efirdə yaşanan hadisəni danışıb və qəmgin üz ifadəsinin səbəbinin bu olduğunu bildirib.