Avstraliyada isti hava şəraiti və quraqlıq davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənubunda 5000 vəhşi dəvə helikopterlərdən tüfənglə açılan atəşlərlə öldürülüb. Yanvar ayının 12-dən etibarən başlanılan əməliyyat bu gün sona çatıb.
Rəhbər şəxslərin sözlərinə görə dəvələr kondisionerlərdən də su içirlərmiş. Onların su axtarışı səbəbindən insanların çölə çıxa bilmədikləri iddia edilib. Avstraliyada vəhşi dəvələrin sayının 1 milyondan çox olduğu bildirilib.