Türkiyədə dəhşətli qəza nəticəsində sürücü həyatını itirib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, daha öncə sərxoş vəziyyətdə avtomobillə "drift" etdiyinə görə 7 min TL (2 min manat) məbləğində cərimələnən və sürücülük vəsiqəsinə məhdudiyyət qoyulan Onur Yurtsevən qəza edib.
Onun sürcülük hüququ olmadan sürətlə idarə etdiyi avtomobil magistral yolda maneəyə çırpılıb. Qəzanın şiddəti ilə idarəetmədən çıxan avtomobil təxminən 50 metr sürükləndikdən sonra yolun kənarında dayanıb.
Hadisə yerinə təcili yardım və xilasetmə qrupları gəlsə də, Onurun həyatını xilas etmək mümkün olmayıb. Onun böyük qardaşı isə ağır yaralanıb.